Elmi seminar
04/04/2019Biokimya və Biotexnologiya kafedrasında elmi tədqiqat işini yerinə yetirən magistrant və doktarantlar üçün kafedranın dosenti Sabina Ömərova tərəfindən 4 aprel 2019-cu il tarixində elmi seminar təşkil olundu. Seminarda canlı orqanizmlərdə fermentlərin xüsusiyyətləri, eləcə də toxuma və orqanlardan aktiv ferment preparatlarının alınması haqqında məlumat verildi. Gənc tədqiqatçıların elmi tədqiqat işi əsasında yaranan və meydana çıxan suallar və problemləri müzakizə olundu. Bu cür seminarların mütəmadi olaraq təşkil olunması zərurəti də xüsusi vurğulandı.
