Biologiya Fakültəsi

Çexiyanın ölkəmizdəki səfiri BDU-da olub

23/09/2014

Çexiyanın ölkəmizdəki səfiri Vitezslav Pivonka Bakı Dövlət Universitetində olub. Qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov ona universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, üzvü olduğu təşkilatlarla işbirliyindən danışıb. Universitetlə tanışlıq xarakteri daşıyan görüşdə BDU ilə Çexiya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və yeni istiqamətlər müəyyənləşib.

Həmçinin, Biologiya fakültəsinin dekanı professor Akif Quliyev də qəbulda iştirak etmiş və fakültənin yeni uğurları və müasir strukturu ilə səfiri tanış etmişdir.


Bookmark and Share