Geni modifikasiya olunmuş orqanizmlər - GMO mövzusunda TEC-in növbəti elmi seminarı keçirildi
10/12/20169 dekabr 2016-cı il tarixində Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Geni modifikasiya olunmuş orqanizmlər - GMO” mövzusunda növbəti elmi seminar keçirilmişdir. Məruzəçi III kurs tələbəsi Mustafabəyli Günay Şahmalı öz çıxışında genetik modifikasiya olunmuş orqanizmlərə ehtiyac nədən yaranmışdır, onların faydaları və zərərləri, təbii qidalardan necə fərqləndirmək olar, hazırda istehsal edilən və inkişaf etdirilən GMO-lar hansılardır və burada istifadə olunan metodlar haqqında məlumat vermişdir. Dekan müavini dos. Ömərova S.N., biologiya üzrə fəlsəfə doktoru Rəhimova M.M., TEC-nin sədri Əmrahov N.R. və digər müəllimlərlə yanaşı 50-ə yaxın tələbələnin də iştirak etdiyi bu seminarda mövzu ilə bağlı bir çox suallar cavablandırılmışdır.
