Biologiya Fakültəsi

Gənc alimlərin və tədqiqatçıların “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda IV Beynəlxalq elmi konfrans

01/04/2014

2014-cü il may ayının 16-17-də Bakı Dövlət Universitetinin  Biologiya fakültəsində Gənc alimlərin və tədqiqatçıların  “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransda yaşı 35-ə qədər olan şəxslər iştirak edə bilər.

Konfransda iştirak etmək üçün materiallar 2014-cü il aprel ayının 30-na kimi təşkilat komitəsinə təqdim olunmalıdır. Təqdim olunacaq materiallar aşağıdakı tələblərə uyğun tərtib olunmalıdır.

 

Konfrans iştirakçıları

  • Ali təhsil müəssisələrində fəlsəfə doktorları proqramı üzrə təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər;
  • Konfrans iştirakçıları Təşkilat komitəsi tərəfindən seçilir.

Tezisin tərtib olunma qaydaları

Konfransa təqdim edilən tezis və ya məqalədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Tezislərin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə verilir.

Konfransa təqdim olunan tezis aşağıdakı tələblərə uyğun tərtib edilir:

  • Azərbaycan, rus, ingilis dilində yazılır və 2 nüsxədə (elektron variantı əlavə olunmaqla) Təşkilat komitəsinə təqdim edilir;
  • Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü - 14, interval - 1,5) yığılır, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur; səhifənin parametrləri: yuxarı və aşağı – 2 sm, sağ – 1 sm, və sol – 3 sm.
  1. Məqalədə ədəbiyyat siyahısı olmalıdır (3-5 bənd);
  • Mətnin əvvəlində tezisin adı, onun altında doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında isə ali təhsil müəssisəsinin adı yazılır.
  • Material müəllifin hesabına çap olunacaqdır (1 səhifəsi 5 manat).

NÜMUNƏ

KSANTİNOKSİDAZA FERMENTİNİN YENİ TƏBİİ İNGİBİTORLARININ TƏDQİQİ

Qocayev A.S.

Bakı Dövlət Universiteti

TƏŞKİLAT KOMİTƏSİ – Bakı Dövlət Universiteti,

Biologiya fakültəsi, otaq 142, əlaqə telefonu 539-06-13

Bookmark and Share