Biologiya Fakültəsi

Gənc Alimlərin və Tədqiqatçıların “Müasir Biologiyanın İnnovasiya Problemləri” mövzusuna həsr olunmuş VII Beynəlxalq elmi konfrans

27/04/2017

Bu gün Biologiya fakültəsində Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alimlərin və Tədqiqatçıların “Müasir Biologiyanın İnnovasiya Problemləri” mövzusuna həsr olunmuş VII Beynəlxalq elmi konfrans öz işinə başladı.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov giriş sözündə konfrans iştirakçılarını salamladı, Universitetin 25 illik bir müddətdə inkişafı haqqında söhbət açaraq, bu günkü elmi nailiyyətləri haqqında məlumat verdi. Eyni zamanda rektor onu da qeyd etdi ki, universitet əldə etdiyi nailiyyətləri ilə kifayyətlənməməlidir, qarşıya yeni məqsədlər qoyaraq onlara nail olmalıdır. Bunun üçün də multidissiplinar elmi layihələrə, elmi-tədqiqat işlərinə üstünlük verilməlidir. Çıxışın sonunda akademik konfrans iştirakçılarına uğurlar arzulayaraq, konfransı açıq elan etdi.

Biologiya fakültəsinin dekanı professor Akif Quiliyev çıxışında qeyd etdi ki, konfransda iştirak etmək üçün  6 ölkədən 102 elmi məqalə təqdim olunub. Materialların müəllifləri gənc alimlər, magistrantlar, doktorantlar, hətta bakalavr-tələbələrdir. Ümumilli liderimiz həmişə gənclərə üzünü tutub deyərdi ki, sizsiz bizim gələcəyimiz və məhz bu səbəbdən artıq 7 ildir ki, biz sirf gənc alimlər üçün elmi konfranslar təşkil edirik. Bu cür konfransların keçirilmıəsində əsas məqsəd tələbə və gənclərdə elmə marağın oyadılmasıdır.

Konfransın plenar iclasında həmçinin Mikrobiologiya kafedrasının doktorantı və müəllimi, Azərbaycan Respublikasının Prezident mükafatçlısı Aygün İsrayılova da “Yeni antimikrob maddələr və onların əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etdi.
Sonradan konfransın iştirakçıları öz elmi-tədqiqat işlərinin nəticələri ilə bölmələr üzrə təşkil olunmuş iclaslarda çıxış etdilər.


Bookmark and Share