"Gənc İntellektuallar Məktəbi" layihəsinin ikinci təlimi baş tutub.
10/02/2021BDU THİK tərəfindən təşkil edilən "Gənc İntellektuallar Məktəbi" layihəsinin ikinci təlimi baş tutub. Layihəyə yeni əlavə olunan birinci kurslarımızın da iştirak etdiyi təlimin mövzusu "COVID-19 ilə mübarizə" olub. Təlimçi Biologiya fakultəsinin Molekulyar biologiya və biotexnologiya kafedrasının professoru Fərayət xanım Əhmədova iştirakçıları virus, virusun yayılma səbəbləri, onunla mübarizə ilə bağlı məlumatlandırıb. Sonda isə tələbələrin çoxsaylı suallarını cavablandırıb.
