Biologiya Fakültəsi

Gənc vətənpərvər

28/05/2021

AZƏRBAYCANIM... VƏTƏNİM, EVİM, ANAM, RUHUM, YURDUM... Üstü qızıl, altı Şəhid qanlı TORPAĞIM mənim... O Torpağım ki, güc verir biz gənclərə irəliləməyə. O Yurdum ki, gah xəritə,gah kompasdır hər daim bizə. O Ruhum ki, nə sənsən, nə də mən, yalnız biz desək var olar hər bir nəfəsdə... Bir 3 rəngli bayrağım var ki mənim, baxdiqca parıldayan gözümdəki işığın səbəbini anlatamam kimsəyə... Mavisi deyir, Türkəm mən. Mən, sən, keçmişin, özlüyün, qanın, qan qardaşın... Qırmızısı deyir, Mədəniyyətəm mən. Məndədir sənin muğamın, operan, baletin, kitabın... Yaşılısa deyir, İslamam mən. Mənəm haqqın, vicdanın, qəlbin, insanlığın... Üstündəki Aypara və Ulduzum fısıldayır qulağıma bəzən: Mənəm bu yolda gah işığın, gah da mayakın... Bir dilim var ki mənim, danışdıqca qəlbimdəki sevinci anlatamam kimsəyə... Türk dilim, Azərbaycan dilim, Öz dilim mənim... Hər sözü bir çiçəkdir sanki yazda açan, hər səsi bir bülbüldür sanki o çiçəyə aşiq olan... Bir paytaxtım var ki mənim, Xəzərinin səsindəki həzin musiqini duya bildiyimi anlatamam kimsəyə... O paytaxt ki, Qız Qalası mənimdir, Xəzəri isə sənin... Bir Gəncəm var ki mənim, Nizami qələminin millətimin qanından gəldiyini anlatamam kimsəyə... O Gəncə ki, Maralgölün mənzərəsidir nağıllar diyarın... Bir Şəkim var ki mənim, Xan çinarının millətimin əzəməti olduğunu anlatamam kimsəyə... O Şəki ki, ipəyi gəzmişdir uzaq karvan yollarında dünyanın Bir Qubam var ki mənim, Məzarlığında yatanların soyqırımdan olduğunu anlatamam kimsəyə... O Quba ki, Xınalığına gedən yolun keşməkeşli tarix yoluna bənzəyir sənin... Bir Şamaxım var ki mənim, zəlzələdə xalqımın başına gələnləri, keçmişini anlatamam kimsəyə... O Şamaxı ki, cəhalətə satira ilə cavab verənindir sənin... Bir Naxçıvanım var ki mənim, Azərbaycandan ayırmaq istədiklərini anlatamam kimsəyə... O Naxçıvan ki, İblisinə qalib gəlib millətin... Bir Xocalım var ki mənim, ağladıq, çağırdıq,gəlmədilər; O zülmü anlatamam kimsəyə... O Xocalı ki, hələ də görcək gözümüz dolur adın.... Bir Kəlbəcərim var ki mənim, yağı düşmən 30 il işğal etdi; acımı anlatamam kimsəyə... O Kəlbəcər ki, qızıldır altı-üstü torpağın... Bir Şuşam var ki mənim, sahibinə həsrət olduğunu anlatamam kimsəyə... O Şuşa ki, hər zarrəsi muğamın... Bir sərhəddim var ki mənim, hər qarış torpağında özümü tapdığımı anlatamam kimsəyə... O özüm ki, şəhidimin əmanəti var çiynimdə. O əmanət ki, rəmzidir azadlığımın... Mən - VƏTƏN QIZI - XƏDİCƏ And verirəm, Əmanətiniz güvəndədir, bizlədir və nə qədər ki, bu millətin gənci var və var olacaq, Azərbaycanı bizdən alan olmayacaq...

 

Bookmark and Share