Biologiya Fakültəsi

Görkəmli alim, əməkdar elm xadimi, prof. M.A.Axundovun anadan olmasının 110 – cu ildönümü münasibəti ilə Beynəlxalq Elmi Konfrans keçirildi

30/05/2012

Biologiya fakültəsinin dekanı prof. A.Ə. Quliyev və fakültənin əməkdaşlarının təşəbbüssü ilə görkəmli alim, əməkdar elm xadimi, prof. M.A.Axundovun anadan olmasının 110 – cu ildönümü münasibəti ilə Gənc Alimlərin və Tədqiqatçıların “Müasir Biologiyanın İnnovasiya Problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirildi. Konfransda Azərbaycanla yanaşı, İran, Türkiyə, Özbəkistan, Bolqarıstan və s. ölkələrdən materiallar toplanmışdır. Qəbul olunana materiallar fakültənin professor və müəllimlərindən ibarət redaksiya heyəti tərəfindən yoxlanıldıqdan sonra çapa verilməsinə icazə verilmişdir. Konfrans iki iclasdan və dörd bölmədən  ibarət idi. Konfransın plenar iclası 25 may 2012 – ci il tarixində BDU-nun, əsas binasında yerləşən kiçik akt zalında saat 1100 – da başlandı, ikinci iclas isə 25 may tarixində 1300 – da hər bölmə üçün ayrılmış otaqlarda keçirildi. Plenar iclasda BDU-nun rektoru akad. A.M. Məhərrəmov, tədris şöbəsinin müdiri dos. İ.H.İbadov, Biologiya fakültəsinin dekanı prof. A.Ə. Quliyev, fakültənin professor və müəllim heyəti, əməkdaşlar, doktorant və magistrantlar iştirak etdilər. İclasda giriş sözü akad. A.M. Məhərrəmova verildi. Plenar iclas bitdikdən sonra iştirakçılar aid olduqları bölmələrdə çıxış etmək üçün müvafiq otaqlarda yer aldılar. Burada məruzə edəcək iştirakçılar müvafiq bölmənin həmsədrlər və katibləri qarşısında çıxış etdilər. Hər məruzədən sonra məruzəçilərə suallar verildi.

I. BİTKİ FİZİOLOGİYASI, BİOKİMYA, BİOFİZİKA VƏ MOLEKULYAR BİOLOGİYASI BÖLMƏSİ

 

 

 

 

 

 

 

II. ZOOLOGİYA BÖLMƏSİ

 

 

 

 

 

 

 

III. İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI, GENETİKA BÖLMƏSİ

 

 

 

 

 

 

 

IV. BOTANİKA, MİKROBİOLOGİYA VƏ EKOLOGİYA BÖLMƏSİ

 

 

 

 

 

 

 

Konfransın keçirilməsində köməklik göstərən hər kəsə təşəkkürümüzü bildiririk.

Bookmark and Share