Biologiya Fakültəsi

ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT EDİLDİ

09/05/2022

8 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin  bir qrup tələbə və əməkdaşları tərəfindən   şanlı qələbəmizə töhfə vermiş Biologiya fakültəsinin məzunları - şəhid olan  Nadir Nadirli və Tərxan Qurbanovun ailələri ziyarət edildi. Biologiya fakültəsinin dekan müavini, tələbə və müəllimləri  tərəfindən ilk öncə Tərxan Qurbanovun uyuduğu Mingəçevir Şəhidlər xiyabanında qəbri ziyarət edilmiş, əklil qoyularaq  ruhuna dualar oxunmuşdu. Fakültə  əməkdaşlarından dekan müavini Natəvan Baxşəliyeva, müəllimlər Möhübbət Nəcəfli, Sevinc Məmmədova, Kəmalə Əsədova və Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Rza Ələkbərov daha sonra doğma Şəmkir torpağında uyuyan Nadir Nadirlinin qəbrini əzizləri ilə birlikdə ziyarət etmiş, ruhu qarşısında baş əymişlər. BDU  ailəsi adından  əməkdaşlar  torpaqlarımız uğrunda canlarından keçmiş hər iki şəhid oğlunun ailəsində olmuş, onların məişət problemləri ilə maraqlanmışlar.

Nadir Nadirli və Tərxan Qurbanovun əzizləri ilə görüşmək, onlara qayğı göstərmək, özəl günlərdə şəhid analarının yanında olmağı özlərinə borc bilən  fakültənin hər bir müəllim və tələbəsinin məzun şəhidlərini heç bir zaman unutmayacağını BDU  Biologiya  fakültəsi ailəsi adından  nəzərə çatdırmışlar.

Həyat davam edir. Nadir Nadirlinin körpə yadigarı Nadiya böyüyür. Biz arzu edirik ki, gözəl  balamız igid atasının  ruhunu həmişə sevindirsin, ona layiq Vətən övladı kimi  böyüsün və Bakı Dövlət Universitetində təhsil alsın.















Bookmark and Share