Biologiya Fakültəsi

Hemofiliya xəstəliyi və ona qarşı müalicə tədbirləri

06/12/2019

6 dekabr tarixində BDU Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Biologiya müəllimliyi ixtisası üzrə təhsil alan II kurs SABAH tələbəsi Aysun İbrahimovanın “Hemofiliya xəstəliyi və ona qarşı müalicə tədbirləri” haqqında seminarı keçirilmişdir.

Tələbəmiz seminarda: Hemofiliya xəstəliyi nədir? Necə yaranır? Xəstəliyin qarşısını necə almaq olar? Müalicə nədən ibarətdir? kimi sualları açıqladı.

Məhz bu mövzuda seminarın keçirilməsi hemofiliya xəstəliyinin yayılmasının qarşısının alınması probleminə gənc nəslin diqqətini cəlb etmək, yaxın qohumların nikahı hallarını azaltmaq məqsədini daşıyır.

Qeyd edək ki, Hemofiliyalı Xəstələrin Respublika Asossiasiyası 1997-ci ildən fəaliyyət göstərir və tələbəmiz Aysun İbrahimova artıq 1 ildir ki oranın könüllü üzvüdür.

Tələbəmizə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!












Bookmark and Share