Biologiya Fakültəsi

Hult Prize müsabiqəsi

08/11/2019

08 Noyabr 2019-cu il tarixində Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətində Hult Prize müsabiqəsinin məlumat sessiyası keçirildi. Görüş ərzində tələbələrə beynəlxalq sosial startup müsabiqəsi olan Hult Prize-a qoşulmaq üçün zəruri məlumatlar verildi. Bu müsabiqə çərçivəsində tələbələr növbəti 10 ildə 1 milyon insanın həytına təsir edəcək və ekologiyaya müsbət təsir göstərəcək layihələr hazırlamalıdırlar. Sonda isə iştirakçıların sualları cavablandırıldı və ideyaların müzakirəsi aparıldı.










Bookmark and Share