Biologiya Fakültəsi

I2B-İdeyadan Biznesə startap müsabiqəsi

20/04/2019

Biofizika və molekulyar biologiya kafedrasının əməkdaşları "I2B-İdeyadan Biznesə" startap müsabiqəsində iştirak ediblər. 18-20 aprel tarixlərində ADA Universitetində keçirilən layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Azercell" və "Microsoft" şirkəti ilə birgə reallaşdırıldı. 10-dək təhsil ocağının qatıldığı müsabiqədə BDU Biologiya fakültəsinin startapçıları Rüfət Ağalarov, Lalə Məmmədova, Günel Aşirova, Şaiq Mehdiyev və Pərvin Əliyeva 5 layihə təqdim etdilər. Startapçılar biologiya və texnologiyanın imkanlarını özündə birləşdirən innovativ layihələrlə münsiflər heyəti qarşısında çıxış etdilər. Qeyd edək ki, Lalə Məmmədovanın rəhbərlik etdiyi “Antiage şirəsi” layihəsi Bakı üzrə 9 finalçıdan biri oldu.








Bookmark and Share