Biologiya Fakültəsi

ÇİKAQO DÖVLƏT UNİVERSİTETİNİN MİKROBİOLOGİYA, İMMUNOLOGİYA, FİZİOLOGİYA VƏ YOLUXUCU XƏSTƏLİKLƏR ÜZRƏ PROFESSORU NADİM FAZAL BİOLOGİYA FAKÜLTƏSİNDƏ

17/12/2018

Çikaqo Dövlət Universitetinin Mikrobiologiya, İmmunologiya, Fiziologiya və Yoluxucu xəstəliklər üzrə professoru Nadim Fazal Biologiya fakültəsində Biologiya ixtisası üzrə ingilis dilində təhsil alan IV kurs tələbələri üçün İmmunologiya fənninin tədrisi çərçivəsində bir sıra mövzular üzrə mühazirələr oxumuşdur. Professor 2018-2019-cu tədris ilində Core Fulbright U.S. Scholar Proqrammı çərçivəsində fakültəmizin qonağı olmuşdur.  Qeyd edək ki, Nadim Fazal Amerikanın İmmunoloqlar Assosiasiyasının və Mikrobioloqlar Cəmiyyətinin və bir sıra digər elmi və professional təşkilatların üzvüdür.



Professor tələbələrimizə İmmunologiya fənninin tədrisi çərçivəsində İmmunoqlobulinlərin quruluşu, sinifləri, immunoloji funksiyaları, eləcə də B-limfositləri mövzuları üzrə mühazirələr aparmışdır. Müxtəlif immunopatologiyaların yaranma səbəblərinə, mexanimzlərinə və qarşısının alınmasına həsr olunmuş mühazirə isə tələbələr tərəfindən xüsusi maraqla qarşılanmışdır.



Fakültə rəhbərliyi ilə keçirilmiş görüşlərdə professor Nadim Fazal bilik və bacarıqların müəllimdən tələbəyə ötürülməsi effektivliyinə, eləcə də tələbələrin biliyinin düzgün qiymətləndirilməsinə xüsusi önəm verdiyini qeyd etmiş və öz mühazirələrini yeni tərzdə, yeni yanaşma ilə həyata keçirmişdir. Gələcəkdə professorun təmsil etdiyi ABŞ-ın İllinoys ştatının Çikaqo Universiteti ilə tədris və elmi əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunmuşdur.

Bookmark and Share