Biologiya Fakültəsi

Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır!

25/11/2022

25 noyabr 2022-ci il tarixində Biologiya fakültəsində "Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır!" mövzusunda tədbir keçirilmişdir. Biologiya fakültəsinin dekanı prof. Afət Məmmədova  tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, kəlağayı gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.

Sonra Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli “Azərbaycan xanımının bəzəyi- kəlağayı” adlı çıxışında kəlağayıların yaranması, ornamentləri, müxtəlif dövrlərdə istifadə qaydası, ipəkçiliyin yaranması, inkişaf tarixi və s. ilə bağlı məqamlara toxunmuşdur.

Digər məruzəçi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Aynurə Qurbanova “Dünənimiz, bugünümüz və sabahımız-Kəlağayı” mövzusunda çıxış etmiş, şifahi xalq ədəbiyyatında kəlağayının tərənnümü barədə məlumat vermişdir. Daha sonra Botanika və bitki fiziologiyası kafedrasının müəllimi Nigar Alıyeva çıxış edərək tədbirin təşkilinə görə öz minnətdarlığını bildirmiş, bu kimi tədbirlərin tələbələrin milli ruhunun yüksəldilməsində böyük rolu olduğunu bildirmişdir.

Tədbirin sonunda tələbələr Kəmaləddin Hüseynov və Ayxan Məmmədov kəlağayına həsr olunmuş müxtəlif şeir və mahnılar ifa etmişlər.

























Bookmark and Share