Biologiya Fakültəsi

Kongress-HESABAT 2021

10/03/2021

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin müəllim və tələbələri  Beynəlxalq Kongressdə iştirak etdilər. Genetika kafedrasının müəllimi Natəvan Baxşəliyeva və tələbələr Sara Əhmədova ilə Gülçin Əkbərli Avropa Kimyəvi Agentliyi (ECHA), Chemical Watch, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avropa Zərərverici İdarəetmə Dərnəkləri Konfederasiyası (CEPA) kimi beynəlxalq aləmdə böyük rol oynayan bir çox təşkilatların dəstəyi ilə 5-7 Mart tarixlərində onlayn formatda həyata keçirilmiş 5.Beynəlxalq   Biyosidal Kongressinə qatıldılar. “Synthesis of Silver Nanoparticles in The Extract From The Root of Scutellaria Baicalensis Plant” başlıqlı mövzu ilə məruzə edən Sara Əhmədova Bakı Dövlət Universitetini Kongressdə təmsil etdi. Türkiyə, Pakistan və Avropanın bir çox  universtetlərinin də təmsil olunduğu Kongressdə Natəvan Baxşəliyeva, Sara Əhmədova və Gülçin Əkbərli Sertifikatlara layiq görüldülər.





Bookmark and Share