“İlin alimi” müsabiqəsinin qaliblər sırasında Biologiya fakültəsinin alimi yer alıb
29/03/202227 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqə Komissiyasının qərarı ilə, təbiət və dəqiq elmlər üzrə II yerə Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov layiq görülüb.
