Biologiya Fakültəsi

Mapping local patterns of childhood overweight and wasting in low- and middle-income countries between 2000 and 2017

24/04/2020

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “ Mapping local patterns of childhood overweight and wasting in low- and middle-income countries between 2000 and 2017” (“2000 - 2017-ci illərdə aşağı və orta gəlirli ölkələrdə uşaq yaşlarında artıq çəki və çəki azlığı hallarının lokal modelinin xəritələşməsi”) adlı məqalə "Nature Medicine"  Beynəlxalq jurnalında dərc olunub. "Nature Medicine" tibb sahəsində dünyanın ən məşhur və nüfuzlu jurnallarındandır və impakt faktoru 30.641-dir. (2018 Journal Citation Reports®, Clarivate Analytics 2019)

Məqalədə 105 aşağı və orta gəlirli ölkələrdə 5 yaşınadək uşaqlar arasında stres amil kimi artıq çəki və çəki azlığının qlobal səhiyyəyə təsiri mövzusu araşdırılıb.

Məqaləni oxumaq üçün  https://www.nature.com/articles/s41591-020-0807-6

linkinə keçid edə bilərsiniz.

Bookmark and Share