Biologiya Fakültəsi

Möhübbət Nəcəflinin 60 yaşı tamam olub

15/12/2022

Nəcəfli Möhübbət Hümbət oğlu 22 noyabr 1962-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. 1969-1979-cu illərdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kənd orta məktəbində təhsil almışdır. 1984-1989- illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almışdır. 2006- “İntensiv becərilmə şəraitində  Dunaliella salina İPPAS D-294  hüceyrələrinin UB-şüalarla zədələnməsi və fizoloji davamlılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 2007-ci ildə biologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 2007- Biologiya elmləri namizədi Fəaliyyəti zamanı 2017-ci ildə BDU  Həmkarlar İttifaqı Komitəsinin XV konfransı münasibətilə “Fəxri Fərman” 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Yubiley medalı, 2021-ci ildə isə Azərbaycan Respublikası Azad Həmkarlar İttifaqının “Yubiley döş nişanı” medalına layiq görülmüşdür. Nəcəfli Möhübbət Hümbət oğlu əmək fəaliyyəti zamanı AMEA-nın “BİOTEX” EİB-nin birliyinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda kiçik elmi işçi,1993-2016-cı illər Biologiya fakültəsinin nəzdindəki “Biotexnologiya” ETL-də elmi işçi, 2007-ci  ildən hal-hazıra kimi “Gənc İstedadlar” liseyində müəllim, 2016-cı ildən hal-hazıra kimi Biologiya fakültəsinin Həmkarlar təşkilatının sədri, 2016- 2020-ci illər ərzində “Bitki fiziologiyası” kafedrasında müəllim, Hal-hazırda isə “Genetika” kafedrasında müəllim kimi fəaliyyət göstərir. Tədqiqat sahəsi - Biofizika: radiobiologiyadır. Respublikada, o cümlədən xaricdə keçirilən çoxsaylı konfrans və simpoziumlarda iştirak etmişdir. 65 elmi əsərin müəllifidir. Genetika kafedrasında Sitologiya, Sitologiya və histologiya, FİB və təkamül təlimi, Genetika və seleksiya, BTM-1, BTM-2, Molekulyar genetika fənlərini tədris edir.

Nəcəfli Möhübbət Hümbət oğlunu yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı və elmi-pedaqoji  fəaliyyətində uğurlar arzulayırıq.





Bookmark and Share