Mikrobiologiya kafedrasının baş laborantı dissertant E.M.Musayev Avropa Biotexnoloji Kongresində iştirak edib
27/05/2014BDU – nun Mikrobiologiya kafedrasının baş laborantı dissertant Eynulla Musa oğlu Musayev 15 – 18 may 2014 – cü il tarixində İtaliyanın Lecce şəhərində keçirilən Avropa Biotexnoloji Kongresində iştirak etmiş və kongresın plenar iclasında "Aspergillus niger BDU A4 kif göbələyi vasitəsilə gümüş nanohissəciklərinin əmələ gəlməsinə AgNO3 məhlulunun qatılığının təsiri" mövzusunda elmi məruzə ilə çıxış etmişdir.
