Biologiya Fakültəsi

Mikrobiologiya kafedrasının müdiri, prof. X.Q.Qənbərov Beynəlxalq elmi simpoziumda iştirak etmişdir

14/10/2011

Mikrobiologiya kafedrasının müdiri, prof. X.Q.Qənbərov 03-08 oktyabr 2011-ci il tarixində Rusiyanın İrkutstk şəhərində və Baykal gölü eksperimental bazasında keçirilən Beynəlxalq elmi simpoziumda iştirak etmişdir. O, simpoziumun plenar iclasında 30 dəqiqəlik elmi məruzə ilə çıxış etmiş və simpoziumun təşkilat komitəsinin üzvi kimi 1 gün simpoziumun Yapon alimi professor Tae An ilə birgə sədrlik etmişdir.
X.Q.Qənbərov simpoziumda iştirak edən Yapon, Koreya, Almaniya və Rus alimləri ilə elmi əməkdaşlıq barədə razılıq əldə etmişdir.
Simpoziumun çap olunmuş materialları BDU-nun kitabxanasına təqdim olunmuşdur.

Bookmark and Share