Mikrobiologiya kafedrasının müdiri, prof. Xudaverdi Qənbərov Avropa İttifaqının TEMPO proqramı çərçivəsində İspaniyanın Coruna Universitetində olub
17/08/2015Bakı Dövlət Universitetinin Mikrobiologiya kafedrasının müdiri, prof. Xudaverdi Qənbərov Avropa İttifaqının TEMPO proqramı çərçivəsində 1 ay müddətində (01iyun-01iyul 2015 tarixində) İspaniyanın Coruna Universitetində təbiət elmləri fakültəsində yaradıcılıq təcrübəsi keçmişdir. O, Coruna Universitetində Təbiət elmləri fakültəsinin aparıcı professor və müəllimləri ilə görüşlər keçirmiş, onların tedris metodları ilə elmi tədqiqat istiqamətləri ilə yaxından tanış olmuşdur. Təbiət elmləri fakültəsinin professor-müəllim heyəti qarşısında “Azərbaycanda Mikrobiologiyanın inkişafı” və “Müasir Mikrobiologiyanın problemləri” mövzusunda 2 məruzə ilə çıxış etmişdir.
Coruna Universitetinin Təbiət elmləri fakültəsində təhsilini davam etdirən Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi Səbinə Aslanovanın təhsil uğurları ilə maraqlanmışdır.



