Biologiya Fakültəsi

Mikrobiologiya kafedrasının əməkdaşı İsrayılova Aygün ezamiyyətdən qayıdıb

28/06/2012

Rektorun əmrinə əsasən 26.03 – 30.06.12 tarixi müddətində Mikrobiologiya kafedrasının baş laborantı və magistrantı A.Ə. İsrayılova Çexiya Respublikasının Praqa şəhərində Kimya Texnologiyaları İnstitutunda elmi ezamiyyətdə olmuşdur. Bu müddət ərzində magistrant müxtəlif süd məhsullarından süd turşusu bakteriyalarını ayırmışdı. Həmin kulturaların antibakterial aktivliyini, antibiotiklərə qarşı həssaslığını öyrənmişdi. Sadə və mürəkkəb (PCR) metodları ilə kulturaların plazmid və DNT-ni ayırmışdı. Həmçinin A.Ə. İsrayılova MOLDİ TOF cihazı vasitəsi ilə bu kulturaları identifikasiya etmiş və Bakı Dövlət Universitetinin Mikrobiologiya kafedrasının kolleksiyasına əlavə olunması üçün gətirmişdi. A.Ə. İsrayılova bir sıra metodikalar üzrə mütəxəsisləşmişdir.

 

Bookmark and Share