Biologiya Fakültəsi

“Ümumi Insult (Stroke)” mövzusunda elmi seminar

05/05/2017

05 may 2017-ci il tarixində Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Ümumi Insult (Stroke)” mövzusunda elmi seminar keçirilmişdir. Məruzəçi III kurs tələbəsi İbrahimov Qoşqar Vaqif oğlu, öz çıxışında Azərbaycanda son zamanlarda qan-damar xəstəlikləri arasında öncül yer tutan və ölüm faizi yüksək olan  insult xəstəliyi, onun növləri, yaranmasına təsir edən faktorlar haqda çıxış etdi. Statistik məlumatlarla zəngin olan çıxışda xəstəliyin qarşısı alınması yolları ətrafındada müzakirələr aparıldı. Dekan prof. Akif Quliyev, dekan müavinləri dos. Ömərova S.N., dos. Abdıyev V.B., eləcə də fakültənin digər professor-müəllim heyətinin, TEC-nin sədri Əmrahov N.R. və tələbələrin də iştirak etdiyi bu seminarda mövzu ilə bağlı bir çox suallar cavablandırılmışdır.

Qeyd edək ki, TEC çərçivəsində tələbələrin biliklərinin zənginləşməsinə və onların müxtəlif tədqiqat qruplarına cəlb olunmasına xidmət edən bu cür tədbirlər fakültə daxilində mütəmadi olaraq keçirilir.








Bookmark and Share