Biologiya Fakültəsi

NANOBİOTEXNOLOGİYANIN TƏBABƏTDƏ TƏTBİQİ

03/04/2022

1 aprel 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Nanobiotexnologiyanın nailiyyətlərinin təbabətdə tətbiqi” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə əlaqədar IV kurs 125 R qrupunun tələbəsi Şəhla Cəbrayılova çıxış etdi. Seminarda  Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dos. Çingiz Məmmədov, dos. Nailə Abdullayeva, dos Aygün Nəsibova və TEC-in 24-dən artıq tələbə və magistrant üzvləri iştirak etdi. Seminarın açılışında TEC-in Biologiya fakültəsi üzrə elmi rəhbəri Çingiz Mammedov iştirakçıları salamlayaraq seçilmiş mövzu haqqında qısa məlumat verdi və sözü məruzəçiyə ötürdü. Məruzəçi  Şəhla Cəbrayılova nanobiotexnologiya ,nanohissəciklərin növləri, onların xüsusiyyətləri, təbabətdə istifadəsi və müxtəlif ölkələrdə istehsal olunmuş dərman preparatları haqqında auditoriyaya ətraflı məlumat verdi. . Məruzəçi  həmçinin nanohissəciklərin bir sıra xəstəliklərin diaqnostikasında və müalicəsində istifadəsi və hazırda Azərbaycanda bu sahədə həyata keçirilən elmi-tədqiqat işləri haqqında məlumatlar verdi. Çıxışın yekununda məruzəçi müəllimlərin və tələbələrin suallarını ətraflı cavablandırdı. Mövzu ətrafında geniş müzakirə aparıldı.

Tələbə və müəllimlər Cəbrayılova Şəhlaya təhsildə və gələcək tədqiqatlarında müvəffəqiyyətlər arzu etdilər.





Bookmark and Share