Biologiya Fakültəsi

İNNOVASİYA MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ

21/12/2017

Dekabrın 21-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə keçirilən Respublika İnnovasiya Müsabiqəsinin yekunlarına dair tədbir keçirilib. BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə təşkil olunmuş İnnovasiya Müsabiqəsi ölkəmizdə innovasiya sahəsində bu formatda keçirilən ilk tədbirdir. Müsabiqəyə İqtisadiyyat Nazirliyi və "ASAN xidmət"in "İdeya Bankı" vasitəsilə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-ə yaxın layihə təqdim olunub.



Sonra İnnovasiya Müsabiqəsi çərçivəsində görülmüş işlərə, müsabiqənin məqsəd və əhəmiyyətinə dair video çarx nümayiş olunub, qalib elan edilmiş innovativ layihələrin, habelə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində mükafata layiq görülmüş yağışdan elektrik enerjisi əldə edən "Rainergy" layihəsinin müəllifi Reyhan Camalova və Zəhra Qasımovanın birgə təqdimatı keçirilib. Təqdimatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.





Sonda İnnovasiya Müsabiqəsində qalib elan edilmiş ilk üç layihənin, eləcə də böyük marağa səbəb olan və həvəsləndirici mükafata layiq görülmüş layihələrin müəlliflərinə diplomlar və mükafatlar təqdim olunub. Biofizika və molekulyar biologiya fakültəsinin I kurs magistr tələbəsi Rəvanə Paşayeva isə III yerə layiq görülərək mükafatlandırılmışdır.



Bookmark and Share