Novruz Bayramı təbriki
18/03/2022Novruz Bayramı təbriki
Hörmətli həmkarlar, fakültə əməkdaşları və əziz tələbələr, magistrant,doktorantlar!
Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi ən qədim bayramlardan biridir. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş, şənliklər keçirmişlər. Novruz bayramı 2009–cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010–cu ildə isə BMT Baş Asambleyasının iclasında 21 mart tarixi” Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramı ilə bağlı hər xalqın öz ölkəsinə xas adət-ənənəsi var. Xalqım əsrlər boyu bu əziz bayramın adətlərini qoruyub saxlaya bilib və inanırıq ki, gələcək nəsillər də çox əsrli tarixə malik olan bu gözəl bayramı qoruyub saxlayacaq.
Əziz biologiya ailəsi, hər birinizi təbrik edir, can sağlıgı, fəaliyyətinizdə uğurlar arzu edirik! Novruz bayramınız mübarək!
Dekanlıq
