Novruz şənliyi
18/03/202218 mart tarixində fakültədə müəllim kollektivi və tələbələrlə birlikdə Novruz şənliyi keçirildi. Şənliyin dekorasiyası Genetika kafedrasının müəllimi Könül Hacıyeva tərəfindən hazırlanmışdır. Novruz şənliyinin dekoru Azərbaycan kəndinin novruz abu havasını göstərən maket və milli adət ənənələrimizi özündə əks etdirən atributlardan, tələbələr tərəfindən çəkilmiş şəkillərlərdən ibarət idi. Şənliyin açılışında fakültə dekanı Afət Məmmədova müəllim və tələbə heyətini Novruz bayramı münasibəti ilə təbrik etdi, bəzi tovsiyələr verib, uğurlar arzuladı. Sonra fakültənin tələbələri tərəfindən ifa olunan novruz ətirli mahnılar, rəqslər könülləri oxşadı. “Kosa” və “keçəlin” çıxışları böyük maraqla qarşılandı. Şənlik yallı və rəqslər ilə yekunlaşdı
