“İNSAN İMMUNÇATIŞMAZLIĞI VİRUSU ” MÖVZUSUNDA ELMİ SEMİNAR
23/04/2018
23 aprel 2018-ci il tarixində Biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “İnsan İmmunçatışmazlığı Virusu ” mövzusunda elmi seminar keçirilmişdir.
Məruzəçilər 3-cü kurs tələbələri İsgəndərli Sara və Nəzərova Gülşən öz çıxışlarında da “İmmunçatışmazlığı Virusu” yayılma tarixi, onun quruluşu və molekulyar bioloji tərkibi, yayılması yolları, törətdiyi xəstəliklər və s. bu kimi maraqlı məlumatlar vermişdir. Prof. Xudavedi Qenberov, Prof. Fəraət Əhmədova ,b.e.n. Səbinə Ömərova, dos. Ziyəddin Məmmədov, Dos. Vilayət Abdıyev ,digər müəllimlərlə yanaşı Tələbə Elmi Cəmiyyətinin nümayəndələri və 30-a yaxın tələbənin iştirak etdiyi bu seminarda mövzu ilə bağlı bir çox suallar cavablandırılmışdır.
