Biologiya Fakültəsi

“NÜVƏ SİLAHLARI” MÖVZUSUNDA ELMİ SEMİNAR

06/04/2018

6 aprel 2018-ci il tarixində Biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Nüvə silahları” mövzüsunda növbəti elmi seminar keçirilib. Məruzəçi Biofizika və molekulyar biologiya kafedrasının doktorantı Şaiq Mehdiyev nüvə silahlarının yaradılışı, yer kürəsinə və bəşəriyyətə vurduğu zərər, partlayış zamanı yayılan radiasiyanın fəsadlarından söhbət açdı. Geniş mövzunu əhatə edən çıxışında məruzəçi gələcək seminarlarda nüvə partlayışları zamanı canlı orqanizmlərdə baş verən reaksiyalar barədə məlumat verəcəyini qeyd etdi. Seminarda biologiya fakültəsinin dekanı professor Akif Quliyev, dekan müavini Səbinə Ömərova, prof. Ralfrid Həsənov, prof. Rövşən Xəlilov, TEC-in sədri Nurlan Əmrahov, digər nümayəndələr və fakültənin tələbələri iştirak etdi.


Qeyd edək ki, TEC çərçivəsində tələbələrin biliklərinin zənginləşməsinə və onların müxtəlif tədqiqat qruplarına cəlb olunmasına xidmət edən belə tədbirlər fakültə daxilində mütəmadi olaraq keçirilir.

Bookmark and Share