Biologiya Fakültəsi

“Oksidləşdirici stress” mövzusunda elmi seminar

22/04/2021

22 aprel 2021-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Oksidləşdirici stress” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə əlaqədar III kurs 127 E ingilis qrupunun tələbəsi Mələkxanım Mehrəliyeva çıxış etdi. Seminarda  Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova, Tələbə Elmi Cəmiyyətinin rəhbəri Çingiz Məmmədov, Biofizika və biokimya kafedrasının professoru Rövşən Xəlilov, fakültənin əməkdaşları  Avtandil Musayev,  Samirə Salayeva, Kəmalə Əsədova və TEC-in 20-dən artıq tələbə və magistrant üzvləri iştirak etdi.

Seminarın açılışında TEC-in Biologiya fakültəsi üzrə rəhbəri dos. Çingiz Məmmədov iştirakçıları salamlayaraq seçilmiş mövzu haqqında qısa məlumat verdi və sözü məruzəçiyə ötürdü. Məruzəçi III kurs tələbəsi Mələkxanım Mehrəliyeva mövzunun aktuallığı, oksidləşdirici stress nədir?, onun yaranma səbəbləri, sərbəst radikallar, yüksək stress altında yaranan xəstəliklər, antioksidantlar və s. haqqında ətraflı məlumat verdi. Məruzəçi bu sahədə aparılan elmi tədqiqatlar işləri haqqında, oksidləşdirici strssin yaranmasının biofiziki və biokimyəvi mexanizmləri və dünya alimləri tərəfindən əldə olunmuş nailiyyətlərin praktikada tətbiq sahələri haqqında geniş çıxış etdi. Çıxışın yekununda məruzəçi professor-müəllim heyətin və tələbələrin çoxsaylı suallarını ətraflı cavablandırdı. Mövzu ətrafında geniş diskussiyalar yarandı. Tələbə və müəllimlər III kurs tələbəsi Mələkxanım Mehrəliyevaya təhsildə və gələcək tədqiqatlarında müvəffəqiyyətlər arzu etdilər.




Bookmark and Share