Biologiya Fakültəsi

Pandemiya dövründə ali məktəblərdə distant təhsilə keçidin SWOT analizi (perspektivlər, təhlükələr, güclü və zəif yönləri) mövzusunda elmi-metodiki seminar

20/05/2021

20 may tarixində Biologiya fakültəsinin təşkilatçılığı ilə "Pandemiya dövründə ali məktəblərdə distant təhsilə keçidin SWOT analizi (perspektivlər, təhlükələr, güclü və zəif yönləri)" mövzusunda elmi-metodiki seminar keçirildi və Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Məmmədsəlim qızı Tahirlinin mövzuya həsr olunmuş məruzəsi dinlənildi.

Tədbirdə Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva, Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Vagif Qasımov, metodiki şuranın fakültələr üzrə sədrləri Ziyəddin Məmmədov, Mehman Abdullayev, Əvəz Məmmədov, Məhərrəm Məmmədov, Fərid Babayev, Rəhim Rəhimov, Rafiq Tağıyev, Botanika və bitki fiziologiyası kafedrasının müdiri vəzifəsini icra edən Elşad Qurbanov, fakültənin tədris işləri üzrə dekan müavini Səbinə Ömərova və professor-müəllim heyəti iştirak etdi. Mövzu ətrafında geniş müzakirələr aparıldı, onlayn və distant təhsil anlayışları, təhsilin bu formalarının müsbət və mənfi tərəfləri, çatışmayan cəhətləri, təkmilləşdirilməsi yolları haqqında çıxışlar oldu və tədbirin sonunda tədrislə bağlı belə seminarların mütəmadi olaraq keçirilməsi tədrisin keyfiyyətinə töhfə verəcəyi xüsusi vurğulandı.






Bookmark and Share