Biologiya Fakültəsi

Professor Rövşən Xəlilovun həmmüəllif olduğu məqalə impakt faktorlu jurnalda işıq üzü görüb

14/05/2019

Bu günlərdə Bakı Dövlət Universitetinin Biofizika və molekulyar biologiya kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Rövşən Xəlilovun və Zavoyskiy adına Kazan Fiziki-Texniki İnstitutunun professoru, fizika-riyaziyyat elmləri doktoru Andrey Stepanovun həmmüəllifi olduqları “New approach to create a counting grid by ion-mask implantation for analysis of small biological objects” adlı məqalə çapdan çıxıb.

Məqalə ”Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış  “Vacuum” impakt faktorlu (İF 2,067) jurnalında dərc edilib.

Son bir il ərzində prof. Rövşən Xəlilovun həmmüəllifi olduğu məqalələr impakt faktoru yüksək olan bir neçə nüfuzlu jurnallarda (“Artificial cells, nanomedicine, and biotechnology” İF 3,026; “International Journal of Biological Macromolecules” İF 3,9; Drug development and industrial pharmacy” İF 1,9; “Experimental oncology“ İF 0,51; “Micro & Nano Letters“ İF 0,43 və s.) çapdan çıxıb.



Bookmark and Share