Biologiya Fakültəsi

PROMUTAGENLƏRİN GENETİK STRUKTURLARA TƏSİRİ

05/04/2022

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində  eyni adda elmi seminar keçirildi. Seminarda  Genetika kafedrasının dosenti Nəzakət Hüseynova  və doktorantı Ləman Rəsulova   “Ətraf mühit promutagenlərinin genetik strukturlara təsiri”  istiqamətində aparılan tədqiqatların nəticələrini  məruzə  etdilər. Məruzənin mövzusu ətraf mühitə sənaye müəssisələrindən, nəqliyyat vasitələrindən, kənd təsərrüfatından və digər sahələrdən daxil olan mutagen və kanserogen (o cümlədən promutagen və prokanserogen) maddələrin genetik strukturlara təsirinin  müzakirəsi həyata keçrildi. Daxil olma mənbələrinə  və təsir mexanizmlərinə görə fərqlənən  kanserogen maddələrin    təbiəti haqqında məlumatlar təqdim edildi. Ətraf mühitin çirklənməsində başlanğıc formada inert olan, yalnız metabolik aktivləşmədən keçdikdən sonra reaktiv metabolitlər yaradan promutagen və prokanserogenlər yüksək pay sahibidirlər.

Geniş yayılmış və həyat fəaliyyətimiz dövründə tez-tez və daha çox rastlaşdığımız nümayəndələridir. Yüksək promutagen və kanserogen xüsusiyyətləri ilə xarakterizə olunan DMNA, TF, BP  promutagenlərinin xarakteri mikrosomal monooksigenaz sistemin fermentlərinin, ilk növbədə sitoxrom qrupu fermentlərinin aktivliyindən birbaşa asılıdr. Məruzəçi tədqiqatın nəticələri olaraq adı gedən kanserogen  maddələrin müxtəlif test obyektlərdə mutasiyalar yarada bilən  ən effektivli  qatılığı  müəyyənləşdirilmişdir. Promutagenlərin daha çox yayılması, istehsalat zamanı promutagenlərlə bilavasitə kontaktda olan insanlarda, onların təsirinin neytrallşdırmağın mümkünlüyünü, eyni zamanda irsi strukturların genotoksikliyinin korreksiyası məsələləri  müzakirə olundu.

Seminarın sonunda məruzəçi suaları cavablandırdı.







Bookmark and Share