Biologiya Fakültəsi

"Qadının statusu"

30/03/2019

30 mart 2019 - cu il tarixində Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Qadının statusu" adlı esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir zamanı "Dünyanı dəyişən qadınlar" mövzusunda videoçarx nümayiş olunmuş daha sonra tədbir iştirakçıları ilə "Qadının statusu" , "Qadının cəmiyyətdə rolu" mövzuları müzakirə edilmişdir. Müsabiqənin nəticələrinə uyğun olaraq 3-cü yerə Şərqşünaslıq fakültəsinin tələbəsi Nuriyeva Nərmin, 2-ci yerə Biologiya fakültəsinin tələbəsi Həsənova Ulduz, 1-ci yerə isə Biologiya fakültəsinin tələbəsi Hacıyeva Sevinc layiq görülmüşdür. Müsabiqədə iştirak edən bütün iştirakçılara təşəkkür edir, qalibləri isə bir daha təbrik edirik!











Bookmark and Share