Biologiya Fakültəsi

İqlim dəyişkənliyinin dağ ksetofit bitkilərinə təsiri ilə bağlı müzakirələr

16/03/2022

Bakı Dövlət Universitetində 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində 15 mart 2022-ci il tarixində keçirilmiş elmi seminarda Botanika və bitki fiziologiyası kafedrasının dosent əvəzi Asim Səfərov “Azərbaycanın dağ-kserofit bitkiliyinə iqlim dəyişkənliklərinin təsiri, nəticələri və proqnozu” mövzusunda məruzə ilə çıxış etmişdir. Seminarda məruzəçi dağ-kserofit bitkiliyinə iqlim amillərinin təsiri ilə bitkilərdə baş verən dəyişkənliklər və baş verə biləcək dəyişkənliklərin proqnozu haqqında ədəbiyyat məlumatları əsasında materiallar iştirakçıların nəzərinə çatdırıldı. Məruzəçi eyni zamanda öz elmi-tədqiqat işlərinin maraqlı nəticələrini dinləyicilərin nəzərinə çatdırdı.

Məruzə professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr tərəfindən yüksək maraqla qarşılanmış və məruzəçi tərəfindən suallar cavablandırılmışdır.










Bookmark and Share