Biologiya Fakültəsi

Rektor Abel Məhərrəmov Biologiya fakültəsinin tələbələri ilə görüşüb

26/05/2014

Bu gün rektor, akademik Abel Məhərrəmov Biologiya və digər 3 fakültənin Yekun Dövlət Attestasiyasına buraxılan tələbələrini qəbul edib. Görüşdə Biologiya, Beynəlxalq münasibətlər və İqtisadiyyat, Tarix və Sosial elmlər və Psixologiya fakültələrinin tələbələri ilə yanaşı dekan və kafedra müdirləri də iştirak edib.

Yekun Dövlət Attestasiyası ilə bağlı məlumat verən rektor, eyni zamanda tələbələrin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb və müəyyən tapşırıqlarını verib. Abel Məhərrəmov tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara bilavasitə özü nəzarəti edəcəyini xatırladıb.

Eyni zamanda fakültə dekanları və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştiraklarını təmin etmək üçün lazımi göstərişlərini verib.



Bookmark and Share