Respublika Elmi Konfransı
18/03/20112011-ci ilin aprel ayının 29-da Bakı Dövlət Universitetinin biologiya fakültəsində "Müasir biologiyanın nəzəri və tətbiqi problemləri" mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.
Konfransda iştirak etmək üçün materiallar 2011-ci il aprel ayının 5-nə kimi təşkilat komitəsinə təqdim olunmalıdır.
Təqdim olunacaq materiallar aşağıdakı tələblərə uyğun tərtib olunmalıdır: materiallar 2 nüsxə Microsoft Word proqramında yığılmış A-4 formatlı kağızda 14 şrift ilə, 1,5 intervalda Times New Roman şriftlə çap olunmalıdır. Materiallar azərbaycan, rus və ingilis dillərində tərtib oluna bilər.
Bakı şəhəri - Bakı Dövlət Universiteti, Biologiya fakültəsi
Otaq 250, əlaqə telefonu 439-06-13
