Biologiya Fakültəsi

“Sabahın alimləri“ IX Respublika müsabiqəsinin qalibləri

14/02/2020

“Sabahın alimləri“ IX Respublika müsabiqəsində “Tibb və sağlamlıq” nominasiyası üzrə ikinci yerə Bakı Avropa Liseyinin 10-cu sinif şagirdləri İsgəndər Yusifzadə və Nigar Əlizadə layiq görülüblər. Onlar “Dəmir oksidi nanohissəciklərinin xərçəng əleyhinə terapiyada tətbiqi: hipertermiya və immunoterapiya”  layihəsinə görə bu mükafatla təltif olunublar.

Layihə Bakı Dövlət Universitetinin Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Rövşən Xəlilov və AMEA Radiasiya Problemləri İnstitutunun apaıcı elmi işçisi dosent Aygün Nəsibovanın rəhbərliyi altında yerinə yetirilib.

Eyni zamanda bu müsabiqədə “Biologiya” nominasiyası üzrə üçüncü yerə Şəmkir-Bakı Oxford məktəbinin 10-cu sinif şagirdləri Rəşad Nağdiyev və Şamil Əliyev layiq görülüblər.

Onlar “Juniperus communis- in biologiyası və gələcəkdə biotibb sahəsində istifadəsi”  layihəsinə görə bu mükafatla təltif olunublar.

Sözügedən layihə Bakı Dövlət Universitetinin Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Rövşən Xəlilovun rəhbərliyi altında yerinə yetirilib.





Bookmark and Share