Biologiya Fakültəsi

“Sabahın alimləri” müsabiqəsinin qalibləri bəlli oldu

17/02/2015

Hər il olduğu kimi bu il də 14-15 fevral 2015-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “Sabahın alimləri” müsabiqəsi keçirilmişdir. Müsabiqədə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak etmişlər. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədət” Təşkilatı tərəfindən təşkil olunmuş müsabiqəyə elmi dəstəyi isə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti vermişdir.

Müsabiqədə Bakı Dövlət Universiteti Biologiya fakültəsinin “Biofizika və molekulyar biologiya” kafedrası ilə BDU nəzdindəki “Gənc istedadlar” liseyi şagirdlərinin birgə komandası Biologiya üzrə birinci yerə layiq görülmüşdür. Layihədə “Biofizika və molekulyar biologiya” kafedrasının müdiri prof. Rafiq Həsənov və layihənin rəhbəri – kafedranın əməkdaşı Ağalarov Rüfət, iştirakçıları “Gənc istedadlar” liseyinin şagirdləri Süleymanlı Aysu, Ömərov Almaz və İskəndərov Raul olmuşdur. Qalib olan layihənin mövzusu “Müxtəlif üzvi substratları ilə mikrob yanacaq elementlə elektrik enerjisini alınması” olmuşdur. Sonda qaliblər medal və diplomlarla təltif olunmuş və 500 azn pul mükafatı ilə mükafatlandırılmışlar.

Bookmark and Share