Biologiya Fakültəsi

İspaniyalı professor Astrobiologiya mövzusunda seminar verdi

31/03/2016

Mart ayının 31-də Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilmişdir. Seminarda məruzəçi qismində TEMPO mübadilə proqramı (Erasmus Mundus) çərçivəsində Bakı Dövlət Universitetinə gəlmiş Alicanta Universitetinin professoru Xose Xoakin (JOSÉ JOAQUÍN RODES ROCA) çıxış etmişdir. O, “Astrobiologiya” mövzusunda təqdimat etmişdir. Çıxışda astrobiologiyanın tarixi və yeni aspektləri ilə bağlı aşağıdakı mövzularla bağlı məruzələr dinlənilmişdir:
Astrobiologiya nədir?
Yer kürəsində həyatın müəyyən olunması
Ekstremal ətraf mühit nədir?
Başqa yerdə həyat
Həyatın mənşəyi
Astrobiologiya üçün fəza missiyaları
Seminarda biologiya fakültəsinin dekanı prof. Akif Quliyev, dekan müavinləri və bir neçə kafedra müdirləri, fakültənin müəllim kollektivi və eləcə də çoxsaylı fakültə tələbələri də iştirak etmişdir.
Seminarın sonunda tələbələri və müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.



Bookmark and Share