*Sərbəst radikalların söndürülməsi hüceyrənin stressə qarşı müdafiəsinin ilkin mərhələsi* mövzusunda elmi seminar
14/02/2020Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və Molekulyar biologiya kafedrasının 2415.01 – Molekulyar Biologiya ixtisası üzrə qiyabi şöbə, azərbaycan bölməsi, dövlət hesabına təhsil almış doktorantı Məmmədova Lalə Nail qızının “Sərbəst radikalların söndürülməsi hüceyrənin stressə qarşı müdafiəsinin ilkin mərhələsi” mövzusunda elmi seminarında stress faktorlarının canlı orqanizmə təsir mexanizmlərinin molekulyar genetik əsasları barədə məruzə etmiş, stress faktorlarının hüceyrədə molekulyar bioloji mexanizmlərinin araşdırılması, eyni zamanda oksigenin fəal formalarının DNT metilləşməsinə səbəb olduğu və buna qarşı orqanizmin endogen ( SOD, katalaza, peroksidaza və s. fementlər) və ekzogen(kiçik molekullu birləşmələr- antioksidantlar) müdafiə sistemlərinin işləmə mexanizmlərini aydınlaşdırmışdır. Alınan nəticələrə əsasən hüceyrənin stressə qarşı müdafiəsinin ilkin mərhələsi sərbəst radikalların söndürülməsi hipotezi irəli sürülmüşdür.
Məmmədova Lalə Nail qızı Erasmus proqramı çərçivəsində Turkiyə Cumhuriyet Universitetində olmuş (fevral-may, 2018) və molekulyar biologiya sahəsinin müasir metodlarını mənimsəmiş, 100 ballıq akademik göstərici ilə geri dönmüşdür. Həmçinin III Respublika İnnovasiya müsabiqəsinə tədqim etdiyi və finala vəsiqə qazanaraq Estoniya, Tartu Startupday festivalına Azərbaycanı təmsil etmək üçün yollandığı, “The secret of longevity” layihəsinin təqdimatı keçirilmişdir. Qeyd olunan layihə Nar bitkisinin tullantılarından qiymətli antioksidant maddələrin alınmasına və qida əlavəsi kimi istifadəsinə həsr olunmuşdur.
