Biologiya Fakültəsi

İstehsalat təcrübəsi hesabatı

18/04/2019

Xatırladaq ki, BDU və AMEA-nın müvafiq İnstitutları arasında imzalanmış əməkdaşlıq haqqında müqavilələrə əsasən, Biologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsini keçmək məqsədilə AMEA-nın Molekulyar biologiya və biotexnologiyalar institutuna, Mikrobiologiya institutuna, Biofizika institutuna, akademik A.Qarayev adına Fiziologiya institutuna, Genetik ehtiyatlar institutuna göndərilmişlər. Təcrübə 18 fevraldan 19 aprel tarixinədək nəzərdə tutulub. Bu təcrübə  məzun kurs tələbələrinə təhsil aldıqları müddət ərzində əldə edilmiş nəzəri bilikləri əsasında praktiki bacarıqların qazanılması üçün imkanlar yaradır.

Təcrübənin başa çatması ilə əlaqədar olaraq, aprelin 18-də AMEA-nın Molekulyar biologiya və biotexnologiyalar institutunda istehsalat təcrübəsini keçən tələbələrin hesabatı dinlənildi. Tədbir iştirakçılarını salamlayan MBB institutunun direktoru, AMEA-nın vitse-prezidenti İradə xanım Hüseynova, tələbələrin yüksək ixtisaslı kadr kimi formalaşmasında bu təcrübənin böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı və hesabatın dinlənilməsi üçün sözü tələbələrə verdi. Tələbələr İnstitutun Bioadaptasiya, Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyası, Bitki biotexnologiyası laboratoriyalarının əməkdaşlarının rəhbərliyi ilə öyrəndiklər metodlar və apardıqları elmi-tədqiqat işləri haqqında hesabat verdilər. Məruzəçilərlə MBB İnstitutunun əməkdaşları və fakültənin tədris işləri üzrə dekan müavini Səbinə xanım Ömərova tərəfindən verilmiş sualların cavablandırılması, onların yüksək səviyyədə təcrübə keçmələri haqqında dəlalət edir. Hesabatın davamı aprelin 19-da keçiriləcək.











Xatırladaq ki, BDU və AMEA-nın müvafiq İnstitutları arasında imzalanmış əməkdaşlıq haqqında müqavilələrə əsasən, Biologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsini keçmək məqsədilə AMEA-nın Molekulyar biologiya və biotexnologiyalar institutuna, Mikrobiologiya institutuna, Biofizika institutuna, akademik A.Qarayev adına Fiziologiya institutuna, Genetik ehtiyatlar institutuna göndərilmişlər. Təcrübə 18 fevraldan 19 aprel tarixinədək nəzərdə tutulub. Bu təcrübəməzun kurs tələbələrinə təhsil aldıqları müddət ərzində əldə edilmiş nəzəri bilikləri əsasında praktiki bacarıqların qazanılması üçün imkanlar yaradır.

Təcrübənin başa çatması ilə əlaqədar olaraq, aprelin 18-də AMEA-nın Molekulyar biologiya və biotexnologiyalar institutunda istehsalat təcrübəsini keçən tələbələrin hesabatı dinlənildi. Tədbir iştirakçılarını salamlayan MBB institutunun direktoru, AMEA-nın vitse-prezidenti İradə xanım Hüseynova, tələbələrin yüksək ixtisaslı kadr kimi formalaşmasında bu təcrübənin böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı və hesabatın dinlənilməsi üçün sözü tələbələrə verdi. Tələbələr İnstitutun Bioadaptasiya, Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyası, Bitki biotexnologiyası laboratoriyalarının əməkdaşlarının rəhbərliyi ilə öyrəndiklər metodlar və apardıqları elmi-tədqiqat işləri haqqında hesabat verdilər. Məruzəçilərlə MBB İnstitutunun əməkdaşları və fakültənin tədris işləri üzrə dekan müavini Səbinə xanım Ömərova tərəfindən verilmiş sualların cavablandırılması, onların yüksək səviyyədə təcrübə keçmələri haqqında dəlalət edir. Hesabatın davamı aprelin 19-da keçiriləcək.

Bookmark and Share