Biologiya Fakültəsi

İstehsalat təcrübəsi hesabatı, ikinci gün: BDU tələbələrinin təqdimatları

19/04/2019

19 aprel tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələrinin keçdikləri  istehsalat təcrübəsi  haqqında təqdimatları davam etmişdir. Tədbirdə  BDU-nun rektoru Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev və biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova da iştirak etmişdir. Tədbiri giriş sözü ilə Molekulyar Biologiya və Biotexnalogiyalar  İnstitutunun direktoru akademik İradə Hüseynova açaraq?, tələbələrin dünənki çıxışlarının uğurlu keçdiyini qeyd etdi.O, bugünkü məruzəçilərə uğurlar arzulayaraq sözü Elçin müəllimə verdi. Elçin Babayev tələbələr üçün yaradılan şəraitə görə institutun direktoru  akademik İradə Hüseynova başda olmaqla bütün institut heyətinə təşəkkürünü bildirdi. Daha sonra Bioadaptasiya, Xloroplastların fotokimyası, Karbonun fotosintetik assimilyasiyası və Bitki biotexnalogiyası laboratoriyalarında təcrübə keçmiş tələbələr çıxış edərək verilən sualları ətraflı cavablandırdılar. Tələbələrdən Biodaptasiya laboratoriyasında təcrübə keçmiş Naqi Məhəmmədzadə öz çıxışını ingilis dilində təqdim etdi və dinləyicilər tərəfindən çox bəyənildi. Sonda isə başda institut rəhbərliyi olmaqla alimlərimiz tələbələrin çıxışlarını müzakirə etdilər və yüksək qiymətləndirdilər.

























İstinad olunan mənbə: http://imbb.az/az/news/241

Bookmark and Share