Biologiya Fakültəsi

Tədris təcrübəsi

03/06/2021

Biologiya fakültəsinin buraxılış kurs tələbələri təsdiq olunmuş tədris planına uyğun olaraq və pandemiya şəraitində qəbul edilmiş Qaydalara riayət etməklə tədris təcrübəsi keçiblər. Tədris təcrübəsi Botanika və Zoologiya fənləri üzrə Botanika bağında, Dendrologiya institutunda, Masazır gölü ətrafında, Xəzər dənizi sahilində 20 aprel – 24 may tarixlərində təşkil olunmuşdur. Tələbələr təcrübə zamanı bitki və heyvan orqanizmlərini təbiətdə müşahidə etməklə, onurğasız orqanizmlərdən nümunələr toplayıb, bitkilərdən herbarilər düzəldiblər, canlı obyektlərin sistematikada yerini müəyyən etmək, onurğalı heyvanların davranışını müşahidə etmək vərdişlərini qazanmışlar.









Bookmark and Share