Biologiya Fakültəsi

TEC-nin növbəti seminarı keçirildi

21/10/2011

20.10.2011 tarixində Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi. Seminarda Biologiya fakültəsinin IV kurs tələbəsi Mustafa-zadə Sona “Siam əkizləri” mövzusunda çıxış etdi. Burada siam əkizlərinin öyrənilmə tarixi, müxtəlif ölkələrdə onlara göstərilən münasibət, eyni zamanda siam əkizlərinin növləri haqqında geniş məlumat verildi. Bundan əlavə belə əkizlərin anadan olma səbəbləri, bu fenomeni izah edən müxtəlif hipotez və nəzəriyyələr izah edildi. Ən maraqlısı odur ki, indiyə qədər siam əkizlərinin yaranma səbəbləri və onların əmələ gəlmə mexanizmi dəqiq izah edilə bilinməyib. Belə ki, tədqiqatlar nəticəsində belə kənaraçıxmaların baş verməsi nə genetik, nə də ekoloji pozğunluqdan asılı olmadığı müəyyən olunmuşdur. Bundan əlavə məruzəçi siam əkizlərini ayırmaq üçün aparılan cərrahiyə əməliyyatlarından, onların bir çoxlarının uğurlu nəticələrindən və əməliyyatla ayrılması mümkün olmayan əkiz növlərindən də bəhs etdi.
Seminarda Biologiya fakültəsinin magistrant və tələbələrindən əlavə Mikrobiologiya kafedrasının müdiri prof. Xudaverdi Qəmbərov, Biokimya və biotexnologiya kafedrasının dos. Sahib Güləhmədov iştirak etdilər. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırdı.

Bookmark and Share