Biologiya Fakültəsi

TEC-nin növbəti seminarı keçirildi

18/11/2011

17.11.2011 tarixində TEC-nin növbəti seminarı keçirildi. Seminarda Bitki fiziologiyası kafedrasının dosenti Tahirli Sevda “Qan qrupu və həyatımız” mövzusunda çıxış etdi. Sevda xanım məruzəsində ilk növbədə qanın və qan qruplarının öyrənilmə tarixi haqqında geniş məlumat verdi. Bundan əlavə qan qruplarının təkamülü, onların formalaşma tarixindən bəhs etdi. Belə ki, I qan qrupu təbiətdə insanlar arasında ilk əmələ gəlmişdir. Sonra isə digər qan qrupları yaranmışdır. Məruzənin digər hissəsi qan qruplarının xarakter xüsusiyyətləri, müxtəlif qan qruplarının daşıyıcılarının xüsusiyyətlərinə həsr olunmuşdur. Burada eyni zamanda qan qruplarından asılı olaraq insanlara təklif olunan müxtəlif məhsullar haqqında da məlumat verildi. Belə ki, elə məhsullar var bəzi qan qrupunun daşıyıcılarına onların qəbulu təklif olunmur. Bəzi məhsullar isə, məsələn, pomidor, qırmızı lobya və s. ümumiyyətlə heç bir qan qrupunun daşıyıcısına məsləhət görülmür. Eyni zamanda qan qruplarından asılı olaraq insanların bəzi xəstəliklərə meyilliklərindən danışıldı. Məruzənin sonunda dosent Tahirli Sevda iştirakçıların çoxsaylı suallarını cavablandırdı. Seminarda Biologiya fakültəsinin dekanı, dekan müavinləri, professor-müəllim heyəti, əməkdaşlar, magistr və tələbələr iştirak etdilər.

Bookmark and Share