Biologiya Fakültəsi

TEC-nin növbəti seminarı keçirildi

28/10/2011

27.10.2011 tarixində Biologiya fakütəsinin TEC-nin növbəti seminarı oldu. Seminarda Biologiya fakültəsinin IV kurs tələbəsi İbrahimova Elvira “Genlərin hibrid qüvvəsi” mövzusunda məruzə etdi. Məruzədə şirlə pələngin hibridlərində heterozis hadisəsi haqqında məlumat verildi. Belə ki, təsadüf nəticəsində Novosibirsk zooparkında saxlanılan erkək şirlə dişi pələngin cütləşməsindən hibridlər anadan olmuşdur. Liqr adlanan bu hibridlərdə güclü heterozis hadisəsi müşahidə olunur.
Bu fərdlərdə genlərin hibrid qüvvəsi o qədər böyük olur ki, onlar şir və pələngdən, bəzi hallarda isə hətta onların birgə ölçüsündən belə böyük olurlar. Nəslvermə qabiliyyətinə gəldikdə isə erkəklər steril olur, dişilər isə şirlərlə nəsl verə bilir. Pələnglərin ölçüsü kiçik olduğundan liqrların dişiləri təbii yolla onlarla cütləşə bilmir. Hal-hazırda dünyada bir neçə belə liqrlar yaşayır. Onları sirklərdə, müxtəlif atraksiyonlarda nümayiş etdirirlər. Ümumiyyətlə, liqrların dünyaya gəlməsi son illərdə baş verdiyindən onların biologiya və etologiyası tam öyrənilməyib. Ona görə də bu hibridlərlə bağlı bir çox suallar hələ də cavabsız qalır.

 

Bookmark and Share