Biologiya Fakültəsi

TEC-nin növbəti seminarı keçirilmişdir

06/05/2011

06.05.2011 tarixində Biologiya fakültəsində TEC-nin hər həftə keçirilən növbəti seminarında Biofizika kafedrasının professoru b.e.d. Xəlilov Rövşən və b.e.n. Nəsibova Aygün “Bitki mənşəli nanohissəciklərin sintezinə radiasiyanın təsiri” mövzusunda çıxış etmişlər. Seminarda bu sahə üzrə Bakı Dövlət Universitetində aparılan son tədqiqat işlərindən, alınan nəticələrdən bəhs edilmişdir.
Burada Ramana qəsəbəsində bitən bitkilər üzərində tədqiqatlar aparılmışdır. Belə ki, bu sahədə radioaktivlik fonu normadan artıqdır. Tədqiqat işində məhz belə radiasiya yüksək olan yerdə bitən bitkilərdə baş verən dəyişikliklər öyrənilib. Ramana qəsəbəsində radioaktivlik fonunun normadan artıq olmasının səbəbi burada uzun müddət radionuklidlərin alınmasında absorbent kimi aktivləşmiş kömürdən istifadə olunmasıdır. Hal-hazırda radionuklidlərlə zəngin aktivləşmiş kömür burada istifadə olunmur və zavodların kənarına tökülmüşdür. Bununla da bu sahənin radioaktivlik fonu normadan artıqdır. Bu baxımdan b.e.d. Rövşən Xəlilovun və onun əməkdaşlarının apardığı tədqiqat işi çox əhəmiyyətlidir.

Bookmark and Share