Biologiya Fakültəsi

TEC-nin növbəti seminarı keçirilmişdir

13/05/2011

13.05.2011 tarixində Elmi kitabxanada TEC-nin növbəti seminarı olmuşdur. Seminar eifl.net Beynəlxalq Konsorsumunun üzvi olan Azərbaycan Kitabxana İnformasiya Konsorsumunun respublika üzrə milli əlaqələndiricisi Cəmilə Yusifova tərəfindən aparılmışdır.
Burada EBSCO elektron nəşriyyatında Bakı Dövlət Universitetinin Elmi kitabxanasının abunə yazdırdığı “online” elmi jurnallarında axtarış yolları və bu kitabxanadan istifadə qaydaları nümayiş etdirilmişdir. eifl.net Beynəlxalq Konsorsuma üzv olduğuna görə eyni zamanda səkkizə yaxın məlumat bazalarının pulsuz istifadəsinə icazə verilmişdir. Seminarda bu bazalarda da axtarış prosesinin həyata keçirilməsi yolları izah edilmişdir. Məsələn, bioone.org məlumat bazasında əyani olaraq axtarışın aparılması qaydası göstərilmişdir. Seminarın sonunda iştirakçıların çoxsaylı suallarına cavablar verilmşdir.

Bookmark and Share