Biologiya Fakültəsi

TEC-nin növbəti seminarı keçirilmişdir

20/05/2011

20.05.2011 tarixində Bakı Dövlət Universiteti Biologiya fakültəsində TEC-in növbəti seminarı keçirilmişdir. Seminarda biologiya fakültəsinin bakalavr pilləsində təhsil alan III kurs tələbəsi Hacıyev Orxan “Təkamül təlimində ziddiyyətlər” mövzusunda çıxış etmişdir.
Seminarda Bakı Dövlət Universitetinin prorektoru prof., b.e.d. Məcnun Babayev, fakültə dekanı prof., b.e.d. Akif Quliyev, “Genetika və darvinizm” kafedrasının proffesoru b.e.d. Ellada Axundova, “Biokimya və biotexnologiya”  kafedrasının dosenti b.e.n. Sahib Güləhmədov, fakültənin digər professor və müəllim heyəti, tələbə və magistrantları iştirak etmişlər. Çıxışdan sonra mövzu əsnasında debat keçirilmişdir. Burada Təkamül təlimi ilə bir çox məsələlər müzakirə olunmuşdur. Sonda prof. Ellada Axundova öz çıxışı ilə seçilmiş mövzu haqqında olan fikirlərini qeyd etdi.












 

 

 

 

 

 

 

 

 

Bookmark and Share